...

Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxıda Uşaq incəsənət məktəbi üçün yeni bina inşa edilir

Cəmiyyət Materials 10 Oktyabr 2010 17:10 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxıda Uşaq incəsənət məktəbi üçün yeni bina inşa olunur
Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxıda Uşaq incəsənət məktəbi üçün yeni bina inşa edilir

Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxıda Uşaq incəsənət məktəbi üçün yeni bina inşa olunur.  Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Yeni bina məktəbin köhnə, yararsız vəziyyətdə olan binasının yerində tikilir. Gözəl, müasir memarlıq üslubuna malik olacaq təhsil ocağı üç mərtəbəlidir. Burada təlim və təhsilin ən yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaqdır.

Tikintisinə yeni başlanan Uşaq incəsənət məktəbi 69 nömrəli yol istismar sahəsi tərəfindən inşa olunur. Tikintidə əsasən yerli inşaatçılar çalışırlar.

Xəbər lenti

Xəbər lenti