...

Koreyada "Buta Azərbaycan Mədəniyyət Dərnəyi" fəaliyyətə başlayıb

Cəmiyyət Materials 11 Oktyabr 2010 12:04 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin bazar ertəsi yaydığı məlumata görə, dərnəkdə "Buta" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Zaur Səfərov və Çinarə Ağacanova koreyalı tələbələrə Azərbaycan milli rəqslərini öyrədəcəklər.
Koreyada "Buta Azərbaycan Mədəniyyət Dərnəyi" fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Koreya Xarici Dillər Universitetinin "Türk-Azərbaycan dilləri fakültəsi"ndə "Buta Azərbaycan Mədəniyyət Dərnəyi" fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin bazar ertəsi yaydığı məlumata görə, dərnəkdə "Buta" Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvləri Zaur Səfərov və Çinarə Ağacanova koreyalı tələbələrə Azərbaycan milli rəqslərini öyrədəcəklər.

Təşkilat ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti barədə məlumatları müxtəlif formatlı tədbirlər keçirməklə koreyalı tələbələrə aşılayacaq.

Azərbaycan dilini öyrənən koreyalı tələbələr üçün dərnəkdə şifahi nitq dərslərinin təşkili də nəzərdə tutulub.

Azərbaycanın Koreyadakı Səfirliyi "Buta Azərbaycan Mədəniyyət Dərnəyi"nə dəstək məqsədilə Azərbaycan haqqında məlumat xarakterli materiallar verib; yeni qurumu rəqs dərslərində istifadə olunması üçün milli paltarlarla təmin edib.

2008-ci ilin sonunda Koreya Xarici Dillər Universitetində rəsmi olaraq, "Türk-Azərbaycan dilləri fakültəsi"nin yaradılması haqqında qərar qəbul edilib. Fakültənin fəaliyyətə başlaması üçün hazırlıq işləri uğurla başa çatdıqdan sonra, 2009-cu ilin yaz semestrindən etibarən Azərbaycan dili kurslarının tədrisinə başlanılıb.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti