...

Azərbaycanın görkəmli din xadiminin yubileyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 12 Oktyabr 2010 16:49 (UTC +04:00)
Azərbaycanın görkəmli din xadimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini və Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənlinin 65 illik yubileyi qeyd olunub.
Azərbaycanın görkəmli din xadiminin yubileyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın görkəmli din xadimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini və Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənlinin 65 illik yubileyi qeyd olunub. Trend-in məlumatına görə, bununla bağlı QMİ-də yubilyarın şərəfinə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edib ki, Hacı Sabirin fəaliyyəti nəticəsində QMİ hələ Sovetlər dövründə təşkilatlanıb və tanınıb.

Şeyx onu da bildirib ki, Hacı Sabir öz fəaliyyəti ilə Azərbaycan cəmiyyətində sevilir. "Onun fəaliyyətinə Azərbaycan dövləti də yüksək qiymət verib. Azərbaycan Prezidenti İlham Əliyev onu "Şöhrət" ordeni ilə təltif edib", - Paşazadə əlavə edib.

QMİ Elmi-Dini Şurasının sədri, Bakı Dövlət Universitetinin dekanı Vasim Məmmədəliyev öz çıxışında qeyd edib ki, Azərbaycanda din xadimlərinin əksəriyyəti İslam Universitetinin məzunlarıdır.

Öz növbəsində Hacı Sabir bildirib ki, bu yüksək qiymətlər onu daha da məsuliyyətli olmağa çağırır.

Xəbər lenti

Xəbər lenti