...

Azərbaycanın Məhkəmə-Hüquq Şurası iki hakimi cəzalandırıb

Cəmiyyət Materials 14 Oktyabr 2010 17:09 (UTC +04:00)
Şuradan cümə axşamı Trend-ə verilən məlumata görə, MHŞ-nin son iclasında fəaliyyətlərində yol verdikləri ciddi qanun pozuntularına görə Lənkəran rayon məhkəməsinin hakimi Azər Səmədovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib.
Azərbaycanın Məhkəmə-Hüquq Şurası iki hakimi cəzalandırıb

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Məhkəmə-Hüquq Şurası iki hakimi cəzalandırıb.

Şuradan cümə axşamı Trend-ə verilən məlumata görə, MHŞ-nin son iclasında fəaliyyətlərində yol verdikləri ciddi qanun pozuntularına görə Lənkəran rayon məhkəməsinin hakimi Azər Səmədovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib.

Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadova isə irad tutulub.

Şuranın bir neçə gün davam edən iclaslarında son imtahanlarda uğur qazanmış hakim namizədlərlə bağlı Hakimlərin Seçki Komitəsi tərəfindən verilən təkliflərə baxılıb.

Hakimlərin ixtisaslaşdırılmasının müəyyən edilməsi məqsədilə onların hər biri ilə fərdi qaydada söhbət aparılıb.

Xəbər lenti

Xəbər lenti