...

Media Akademiya ölkədə KİV-in inkişafına həsr olunmuş seminar təşkil edib (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2010 12:18 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi və "İrəli" İctimai Birliyinin Media Akademiyası Azərbaycanda yeni medianın inkişaf etdirilməsi məqsədilə seminar təşkil edib.
Media Akademiya ölkədə KİV-in inkişafına həsr olunmuş seminar təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

ABŞ-ın Azərbaycandakı səfirliyi və "İrəli" İctimai Birliyinin Media Akademiyası Azərbaycanda yeni medianın inkişaf etdirilməsi məqsədilə seminar təşkil edib.

ABŞ-ın Poynter İnstitutunun Multimedia və mobil xidmətlər fakültəsinin mütəxəssisi Regina Makkoms tərəfindən keçirilən seminar xəbərlərin verilməsində sosial mediadan səmərəli istifadə, maraqlı videoxəbərlərin yayımlanması bacarıqları, auditoriyaları rəqəmli sistemə fəal cəlb etmək, sosial şəbəkə, RSS və multimedia üçün digər pulsuz və ucuz vasitələr kimi mövzulara həsr olunub. Bu barədə Media Akademiyanın məlumatında deyilir.

Bu gün sosial şəbəkələrdən istifadə edən ölkələr bunlardır: ABŞ - 41 faiz, Azərbaycan - 2,7 faiz, İran - 1 faiz, Gürcüstan - 7,7 faiz.

Yeni mediaya həsr olunmuş təlim diskussiya şəraitində davam edib və sonda tələbələrin media ilə bağlı sualları cavablandırılıb.

Akademiyanın tələbələrinə Azərbaycanın bütün tanınmış media mütəxəssisləri tərəfindən dərslər keçirilir. Gənclərə Azərbaycanın bütün aparıcı TV, radio, informasiya agentlikləri və qəzetlərində təcrübi məşğələlər keçməyə şərait yaradılıb. Alternativ jurnalistika - peşə kursu formatında fəaliyyət göstərən Akademiyanın tərkibində fəaliyyət göstərən "Radio"da - "İRƏLİ Prodakşn"da gənclər arzusunda olduqları layihələri gerçəkləşdirmək imkanı əldə edəcəklər. Kursun məqsədi modern anlayışda, yüksək dünyagörüşlü, savadlı, qısaca, professional gənc jurnalistlər yetişdirib, onların milli mətbuat məkanında layiqincə təmsil edilmələrinə nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti