...

Bakıda Fəlakət Riskinin Azaldılması üzrə Milli Platforma mövzusunda seminar keçiriləcək

Cəmiyyət Materials 18 Oktyabr 2010 17:58 (UTC +04:00)
BMT-nin İctimai İnformasiya Departamentinin bazar ertəsi yaydığı məlumata görə, Fəlakətlərin Azaldılması üzrə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Strategiyasının (UNISDR) Mərkəzi Asiya və Qafqaz üzrə Subregional Nümayəndəliyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi və BMT İnkişaf Proqramının dəstəyi ilə oktyabrın 20-də seminar keçiriləcək.
Bakıda Fəlakət Riskinin Azaldılması üzrə Milli Platforma mövzusunda seminar keçiriləcək

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Fəlakət Riskinin Azaldılması üzrə Milli Platforma mövzusunda seminar keçiriləcək.

BMT-nin İctimai İnformasiya Departamentinin bazar ertəsi yaydığı məlumata görə, Fəlakətlərin Azaldılması üzrə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Strategiyasının (UNISDR) Mərkəzi Asiya və Qafqaz üzrə Subregional Nümayəndəliyi, Azərbaycan Fövqəladə Hallar Nazirliyi və BMT İnkişaf Proqramının dəstəyi ilə oktyabrın 20-də seminar keçiriləcək.

Seminarda müvafiq hökumət nazirliklərinin, o cümlədən Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə və Sənaye və Energetika nazirliklərinin, ikitərəfli donorların, beynəlxalq və milli QHT-lərin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcək.

Toplantının ümumi məqsədi fəlakət riskinin idarə olunmasında və riskin azaldılmasında milli əlaqələndirməni təkmilləşdirmək, habelə ölkədə Hyoqo Fəaliyyət Proqramının icrasına dair hesabatvermə yollarını müzakirə etmək üçün fəlakət riskinin azaldılması sahəsində fəaliyyət göstərən bütün maraqlı tərəfləri və Milli Platformanın potensial tərəfdaşlarını bir araya gətirməkdir.

UNISDR nümayəndələri BMT-nin Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyası, təşkilatın Mərkəzi Asiya və Qafqaz regionunda həyata keçirdiyi tədbirlər, Hyoqo Fəaliyyət Proqramı, bu sənəd üzrə milli hesabatın strukturu və məzmununa dair təqdimatlarla çıxış edəcək.

Proqramın icrasına dair ölkə hesabatlarının əsasında regional hesabatlar tərtib olunur və bu məlumatlardan Qlobal Qiymətləndirmə Hesabatında istifadə olunur. Hər iki ildən bir nəşr olunan hesabat Fəlakət Riskinin Azaldılması üzrə Qlobal Platformanın iclasları zamanı təqdim olunur. Qlobal Platformanın iclasları 2007 və 2009-cu illərdə keçirilib və növbəti iclasın 2011-ci ilin may ayında Cenevrədə keçirilməsi planlaşdırılır.

Seminarın keçirilməsi ideyası ilk dəfə olaraq 2009-cu ilin dekabr ayında UNISDR Bakıya missiya göndərdiyi zaman Azərbaycan hökuməti ilə müzakirə olunub və razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti