...

Trend BİA-nın yaranmasının 15 illik yubileyi ilə bağlı sənədli film çəkilib (VIDEO)

Cəmiyyət Materials 19 Oktyabr 2010 09:43 (UTC +04:00)
Trend Beynəlxalq İnformasiya Agentliyinin yaranmasının 15 illik yubileyi ilə bağlı sənədli film çəkilib.
Trend BİA-nın yaranmasının 15 illik yubileyi ilə bağlı sənədli film çəkilib (VIDEO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Trend Beynəlxalq İnformasiya Agentliyinin yaranmasının 15 illik yubileyi ilə bağlı sənədli film çəkilib.

Sənədli filmdə Trend BİA-nın 15 il ərzində əldə etdiyi uğurlar qeyd olunub, agentliyin əməkdaşlarından müsahibələr alınıb, gündəlik iş rejimi göstərilib.

Filmdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, millət vəkili Qənirə Paşayeva, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri Trend-in təkcə Azərbaycan daxilində deyil, beynəlxalq arenada özünəməxsus yer tutduğunu bildiriblər.

Filmdə çıxış edənlər vurğulayıblar ki, Trend İnformasiya Agentliyi 1995-ci ildə yarandığı gündən bəri Azərbaycanda öz hədəflərini dəqiq müəyyənləşdirən, öz hədəflərinə çatmaq üçün sağlam məqsəd ortaya qoyan və sağlam fəaliyyət göstərən bir agentlik olaraq fərqlənib.

1995-ci ildə Azərbaycanda yaradılmış TREND özəl informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. TREND Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada iri xəbər agentliklərindən biridir.

TREND-in tərəfdaşları sırasında Dow Jones, Deutsche Press Agentur (Almaniya), Xinhua (Çin), Cihan (Türkiyə), Mehr (İran), RİA Novosti, RosBusinessConsulting (Rusiya), Afghan Voice Agency (Əfqanıstan), Kavkaz-press (Gürcüstan), Belarus Teleqraf Agentliyi, "Hovar" Tacikistan Dövlət Agentliyi, "Ukrinform" Ukrayna Dövlət Agentliyi və digər strukturlar var. Hazırda bir çox ölkələrin dövlət və iri müstəqil agentlikləri ilə müqavilələr imzalanma mərhələsindədir.

Trend gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 500-ə yaxın xəbər dərc edir. Trend müştərilərə yüksək keyfiyyətli multimediya materialları, siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklərin yazdığı məqalələri təqdim edir.

Trend 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət" adlandırılıb.

Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə Trend -i "Avrasiyada daha dinamik inkişaf edən resurs" hesab edib.

Moody's International Trend-ə xəbərlərin və analitik məqalələrin, eləcə də video-foto materialların istehsalı və yayımlanmasına dair sertifikat verib. Şirkət TREND-in idarəetmə sisteminin ISO 9001-2000 tələblərinə cavab verdiyini təsdiq edib.

Xəbər lenti

Xəbər lenti