...

Rumıniyada Azərbaycan haqqında kitabların təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2010 17:48 (UTC +04:00)
Rumıniyada Azərbaycan haqqında kitabların təqdimatı keçirilib.
Rumıniyada Azərbaycan haqqında kitabların təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Rumıniyada Azərbaycan haqqında kitabların təqdimatı keçirilib.

Buxarestdəki Zabitlər Sarayı Mədəniyyət Mərkəzində "Polemos" Kitab Sərgisi öz işinə başlayıb. Sərgi çərçivəsində Rumıniyanın "Top Form" nəşriyyatı tərəfindən çap olunmuş Buxarest Yazıçılar Assosiasiyasının sədri Horia Qırbyanın "Azərbaycan - canlı alov", Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyevin "Azərbaycan Respublikasının Mərkəzi Asiya dövlətləri ilə əlaqələri" və Azərbaycanın Rumıniyadakı səfirliyinin mədəniyyət attaşesi Fəxri Kərimlinin "Azərbaycan Respublikası və Rumıniya arasındakı münasibətlər (1993-2004)" kitablarının təqdimat mərasimi keçirilib. Məlumatı cümə axşamı Azərbaycanın Rumıniyadakı səfirliyi yayıb.

Təqdimat mərasimində çıxış edən "Top Form" nəşriyyatının direktoru, nüfuzlu "Geopolitika" toplusunun redaktoru Vasile Similyanu rəhbərlik etdiyi qurumlar və Azərbaycan arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə bildirib.

O, həmçinin, "Geopolitika" toplusunun növbəti saylarından birinin bütövlükdə Azərbaycan mövzusuna həsr olunmasının nəzərdə tutulduğunu bildirib.

Rumıniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin rəhbəri Vasile Soare Rumıniyanın Avropa İttifaqı qarşısında əhəmiyyətini qabartdığı Qara dəniz regionunun Xəzər dənizi regionu ilə bilavasitə bağlı olduğunu, qeyd olunan bölgələrdə Rumıniya diplomatiyasının daha fəal iş aparmasının vacibliyini vurğulayaraq, Azərbaycan haqqında rumın dilində çap olunan kitabların bu baxımdan böyük önəm daşıdığını və onların öz sahəsi üzrə yeni cığır açdığını əlavə edib.

Xəbər lenti

Xəbər lenti