...

Daşkənddə memar Eynulla Əliyevin sərgisi açılıb

Cəmiyyət Materials 23 Oktyabr 2010 11:11 (UTC +04:00)
Cümə günü Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Özbəkistan Dövlət mükafatı laureatı, memar Eynulla Əliyevin sərgisi açılıb.
Daşkənddə memar Eynulla Əliyevin sərgisi açılıb

Özbəkistan, Daşkənd, 23 oktyabr /Trend, müxbir D.Əzizov/

Cümə günü Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Özbəkistan Dövlət mükafatı laureatı, memar Eynulla Əliyevin sərgisi açılıb.

Əliyev Eynulla Dadaş oğlu (1937-2001) Bakı ətrafındakı Bilgəh qəsəbəsində anadan olub. 1957-ci ildə Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib.

Əliyev ali rəssamlıq təhsilini 1960-1966-cı illərdə Ostrovski adına Daşkənd İncəsənət Rəssamlıq İnstitutunda (indiki Uyğur adına Dövlət İncəsənət İnstitutu) alıb.

Memar Eynulla Əliyev daşdan, misdən, bürüncdən və ağacdan tam bir sıra nadir heykəltəraşlıq əsərləri yaradıb. Onun əsərləri ABŞ-da, Finlandiyada, keçmiş Sovet İttifaqının bir sıra şəhərlərində sərgilərdə, 20-dən artıq respublika sərgisində nümayiş etdirilib, "Asel" əsəri Dövlət Tretyakov qalereyasında nümayiş olunub.

Daşkənddə memar Eynulla Əliyevin əsərlərindən ibarət sərgi açılıb.

O, Daşkənd metrosunun iki stansiyasının, tam bir sıra dövlət, ictimai və elmi müəssisələrin, Daşkənd, Səmərqənd, Buxara və Nukusdakı mehmanxanaların dekorativ tərtibatında iştirak edib.

Eynulla Əliyev böyük özbək şairi Əlişir Nəvainin abidəsi üzərində görülən işlərdə fəal çalışıb.

1968-ci ildə Əliyev Özbəkistan Rəssamlar İttifaqının üzvü olub, 1969-1986-cı illərdə Rəssamlıq Akademiyasının Səmərqənd bölməsinə rəhbərlik edib. 1977-ci ildə E.Əliyev Həmzə adına Özbəkistan Dövlət Mükafatına layiq görülüb.

Sərgi Rəssamlıq Akademiyası və Milli İncəsənət Mərkəzi - "Özbəkistanın Mədəniyyət və İncəsənət Forumu" Mərkəzinin dəstəyi ilə Azərbaycanın Özbəkistandakı Səfirliyi tərəfindən təşkil olunub. Sərgidə təqdim olunan əsərlər Özbəkistan Akademiyası, eləcə də hazırda atasının işini davam etdirən memarın qızı Yaqut Əliyeva tərəfindən təqdim olunub.

Həyat və fəaliyyəti Azərbaycan və özbək xalqlarının mədəniyyətinin birliyini sübut edən Eynulla Əliyevin sərgisində Özbəkistanın rəsmi şəxsləri, respublikanın elm və yaradıcılıq elitasının nümayəndələri, Azərbaycan diasporunun fəalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti