...

Bakıda MDB ölkələrinin mədəniyyət dialoqu üzrə forumun maraqlı olacağı gözlənilir – MDB icraçı katibi Sergey Lebedev

Cəmiyyət Materials 7 Noyabr 2010 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Bakıda keçiriləcək "MDB və ŞƏT ölkələrinin dil və mədəniyyət dialoqu XXI əsrdə" VI Beynəlxalq forumu Birlik ölkələrinin nümayəndələri arasında mədəniyyətlərarası dialoq üçün faydalı olacaq. MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev belə hesab edir.

"Bu, humanitar əməkdaşlıq sahəsində vacib tədbirdir. Hesab edirəm ki, beynəlxalq forum tamamilə faydalı və maraqlı olacaq", - Lebedev bazar günü jurnalistlərə bildirib.

"MDB və ŞƏT ölkələrinin dil və mədəniyyət dialoqu XXI əsrdə" VI Beynəlxalq forumu Bakıda çərşənbə axşamı və çərşənbə günü keçiriləcək. Forum MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Moskva Dövlət Dillər Universitetinin təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin bazasında təşkil olunacaq. 

Tədbir MDB-nin 20 illik yubileyinə həsr olunub və plenar və sessiya iclasları formasında keçiriləcək. Bu barədə MDB İcraiyyə Komitəsinin məlumatında deyilir. Plenar iclasda Sergey Lebedevin çıxışı gözlənilir.

Sessiyaların gedişində forum iştirakçıları MDB və ŞƏT ölkələrində humanitar məkanın siyasi, hüquqi, iqtisadi və mədəni aspektləri; humanitar məkandakı çoxdillilik şəraitində dil və mədəniyyətlərin dialoqu; rus dili xalqların beynəlxalq və millətlərarsı ünsiyyət vasitəsi kimi; dini təhsil MDB və ŞƏT üzvü olan ölkələrin dünyəvi və dini təhsil müəssisələrində dialoqu kimi mövzuları müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti