...

Trend agentliyi OANA beynəlxalq təşkilatının Baş assambleyasında iştirak edir (FOTO, VİDEO)

Cəmiyyət Materials 25 Noyabr 2010 15:59 (UTC +04:00)

Türkiyə, İstanbul, 25 noyabr /Trend, xüsusi müxbir E.Hüseynov/

RED.Əlavəsi: yeni fotoşəkillər və video əlavə edilib

Asiya və Sakit okean ölkələrinin informasiya agentlikləri təşkilatının (OANA) XIV Baş assambleyası cümə axşamı İstanbulda öz işinə başlayıb. Dörd günlük sammit 2010-cu ildə özünün 90 illiyini qeyd edən, Türkiyənin ən iri agentliyi olan Anadolu dövlət informasiya agentliyi tərəfindən təşkil olunub.

Forumun işində 40-dan çox ölkənin ən iri informasiya agentlikləri, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri, aparıcı ekspertlər iştirak edirlər. İştirakçılar arasında Trend Beynəlxaql İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və beynəlxalq əməkdaşlıq üzrə direktoru Elçin Hüseynov da var.

Baş assambleyanın ilk günündə iştirakçılar redaksiya və texniki komitələrin sessiyalarına toplaşıblar. Müzakirələrin əsas mövzusu aparıcı informasiya agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə və çoxmedialı materialların müvadiləsi yollarının müzakirəsi olub. Assambleya həmçinin, OANA-da prezidentliyin Anadolu agentliyinə keçməsi və təşkilatın sıralarına yeni üzvlərin qəbul edilməsi məsələsinə də baxmaq fikrindədir.

OANA 1961-ci ildə YUNESKO-nun təşəbbüsü ilə yaradılıb və Asiya və Sakit okean regionunun 33 ölkəsindəki 40 agentliyi birləşdirir. OANA-nın ali orqanı Baş assambleyadır və o, üç ildən bir çağırılır. Son üç ildə OANA prezidenti rolunu İndoneziyanın ANTARA agentliyi icra edir.

Foto və video - ANADOLU

Xəbər lenti

Xəbər lenti