...

Azərbaycanda təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları müəyyən edilib

Cəmiyyət Materials 25 Noyabr 2010 18:04 (UTC +04:00)
Azərbaycan hökuməti təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən edib.
Azərbaycanda təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları müəyyən edilib

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən edib. Bu barədə Nazirlər Kabinetinin cümə günü yaydığı məlumatda deyilir.

Qərara əsasən, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı 30 saat, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı 24 saat müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti