Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda məhkuma tortun içərisində mobil telefonlar ötürülməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov çərşənbə axşamı Trend-ə bildirib ki, noyabrın 30-da Xidmətin əməkdaşları tərəfindən 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 25 yaşlı Sənan İman oğlu Cabbarova qardaşı Samir Cabbarov tərəfindən gətirilən sovqata baxış zamanı içərisindən 2 ədəd "Nokia-5310" markalı mobil telefon müəssisə əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Məhkum Cabbarov Cinayət Məcəlləsinin 177.3.2 və 177.3.3-cü maddələri ilə (əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq əməli) təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
Faktla bağlı təhqiqat aparılır.