...

Media İşçi Qrupu Azərbaycanda ahıllar günü münasibətilə konfrans keçirib

Cəmiyyət Materials 1 Oktyabr 2010 12:16 (UTC +04:00)
Media İşçi Qrupu (AEGEE) dünyada ahıllar günü münasibətilə cümə günü "Atalar və Oğullar: nəsillərarası Mübahisə və ya Dialoq" mövzusunda konfrans keçirib.
Media İşçi Qrupu Azərbaycanda ahıllar günü münasibətilə konfrans keçirib

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Media İşçi Qrupu (AEGEE) dünyada ahıllar günü münasibətilə cümə günü "Atalar və Oğullar: nəsillərarası Mübahisə və ya Dialoq" mövzusunda konfrans keçirib. Bu barədə AEGEE-nin yaydığı məlumatda deyilir. Tədbiri açan Media İşçi Qrupunun rəhbəri Afaq Əhmədova mövzunun olduqca aktual və dialektik olduğunu vurğuladı. "Atalar və oğullar arasında gedən diskussiya təzə tendensiya deyil, neçə illərdən bəri nəsillər arasında gedən mübahisədir. Bu tədbirin gündəliyinin  tərtibatında mənə kömək edən fəlsəfə elmləri namizədi Əmrəli İsmayılovun fikrinə görə nəsillər arasında fikirlərin toqquşmasının olmaması həmin ictimayətdə olan durğunluğun göstəricisdir, bəlkə məhz elə buna görə məsələyə problem kimi deyil, etik və mənəvi tənzimlənməsinə ehtiyac olan normal hal kimi baxmaq olar? ",- Afaq Əhmədova qeyd edib. Qrupun üzvü Mövsüm Bağırlının təqdim etdiyi məruzədə bugun dunyada və Azərbaycanda ahılların statistikası və üzləşdiyi problemləri üç qrupa böldü: iqdisadi, sosial və şəxsi problemləri göstərdi. Qrupun üzvləri Aydan Qarayeva "Yaşlı nəsil və cavanların arasında gedən mübahisənin səbəbləri" Arzu Yariyeva "Cavanların yaşlı nəsildən asılı olmağının səbəbləri" mövzularına toxunaraq problemi hərtərəfli göstərməyi çalışdılar. Bildirildi ki, cavanların mənfi rəylərinə baxmayaraq müdrük yaşlıların təcrübəsinə yeni nəslin hər zaman ehtiyacı var. Aynur Hüseynova problemi sosioloji tərəfdən təqdim edərək, kohnə nəslin sürətlə dəyişməkdə olan cəmiyyətdən geridə qalmasını qeyd etdi, yaşlı nəslin yeniləşən cəmiyyətə inteqrasiyaya kömək etməyə çağırdı. Mövzunun olduqca mühüm və aktual olduğunu nəzərə alaraq "Nəsillərarası dialoq" mövzusunda tezislər müsabiqəsi elan etməyi, uğurlu məqalələri isə Media İşçi Qrupunun layihəsi olan Gənclik və Cəmiyyət jurnalında derc etmək təklif olundu.

Xəbər lenti

Xəbər lenti