...

Azərbaycanda ekoloji qanunvericiliyin pozulmasına görə cərimələrin ödənilməsinə dair tədbirlər gücləndirilir

Cəmiyyət Materials 3 Mart 2011 13:46 (UTC +04:00)
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə ekoloji qanunvericiliyin pozulması ilə bağlı fiziki və hüquqi şəxslərə tətbiq edilən cərimələrin ödənilməsinin təmin olunması ilə bağlı işlərə başlayıb.
Azərbaycanda ekoloji qanunvericiliyin pozulmasına görə cərimələrin ödənilməsinə dair tədbirlər gücləndirilir

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə ekoloji qanunvericiliyin pozulması ilə bağlı fiziki və hüquqi şəxslərə tətbiq edilən cərimələrin ödənilməsinin təmin olunması ilə bağlı işlərə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə fiziki və hüquqi şəxslər altı milyon manat məbləğində cərimə olunublar. Bunun yalnız 1,2 milyon manatı ödənilib.

Nazir bildirib ki, Məhkəmə Qərarlarının İcrası İdarəsi ilə birgə aparılan tədbirlər nəticəsində cərimələrin ödənilməsi faizi artıb.

Xəbər lenti

Xəbər lenti