...

Səhiyyə Nazirliyinin "qaynar xətt" xidmətinə 998 müraciət daxil olub

Cəmiyyət Materials 14 Mart 2011 14:21 (UTC +04:00)
Səhiyyə Nazirliyinin "qaynar xətt" xidmətinə 998 müraciət daxil olub.
Səhiyyə Nazirliyinin "qaynar xətt" xidmətinə 998 müraciət daxil olub

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

Səhiyyə Nazirliyinin "qaynar xətt" xidmətinə 998 müraciət daxil olub.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 23-dən martın 14-dək daxil olmuş müraciətlərin 460-ı şikayət, 326-sı sorğu xarakterli, 115-i əsassız müraciətlər olub. Müraciətlərdən 97-si isə nazirliyin səlahiyyətlərinə aid olmayıb.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb. Nazirliyin "qaynar xətt" nömrəsi 565-12-64-dür.

Xəbər lenti

Xəbər lenti