...

Gürcüstan Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edəcək

Cəmiyyət Materials 21 Mart 2011 13:50 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün ölkə müsəlmanlarını Novruz bayramı münasibətilə təbrik edəcək.
Gürcüstan Prezidenti azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edəcək

Gürcüstan, Tbilisi, 21 mart /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili bu gün ölkə müsəlmanlarını Novruz bayramı münasibətilə təbrik edəcək. Bu barədə bazar ertəsi Trend-ə Gürcüstan Prezident Administrasiyasından məlumat verilib.

Məlumata əsasən, Mixail Saakaşvili bu məqsədlə azərbaycanlıların yaşadığı Marneuliyə gedəcək.

Gürcüstan hökumətinin qərarına əsasən, 2010-cu ildən Novruz ölkədə ümummilli bayram elan edilib.

Ənənəyə əsasən, Novruz zamanı ənənəvi xörəklər hazırlanır və ailəyə yeni ilin gəlişi ilə ruzi gətirəcək mərasimlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti