...

Azərbaycanlı cüdoçu Dünya Paralimpiya oyunlarında bürünc medal qazanıb

Cəmiyyət Materials 6 Aprel 2011 14:53 (UTC +04:00)
Azərbaycanlı cüdoçu Ramin İbrahimov Türkiyədə keçirilən Ümumdünya Paralimpiya oyunlarında bürünc medal qazanıb.
Azərbaycanlı cüdoçu Dünya Paralimpiya oyunlarında bürünc medal qazanıb

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı cüdoçu Ramin İbrahimov Türkiyədə keçirilən Ümumdünya Paralimpiya oyunlarında bürünc medal qazanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatında deyilir.

Cüdo üzrə yarışların ilk günündə Azərbaycan idmançıları iki çəki dərəcəsində çıxış ediblər. Nurlan İbrahimov 60 kiloqram çəkidə ilk döyüşü uduzaraq dərhal mübarizədən kənarlaşdırılıb, Ramin İbrahimov isə yarışların bürünc mükafatçısı olub. Bayram Mustafayev 66 kiloqram çəki dərəcəsində yarımfinaladək irəliləsə də, qabırğasını zədələyib və beşinci yerlə kifayətlənməli olub. İlkin Alışev həmin çəki dərəcəsində yeddinci olub.

Çərşənbə günü 73 kiloqram (Ramin Əliyev) və 81 kiloqram (Vüsal Aslanov, Rövşən Səfərov) çəki dərəcəsində kişilər, 57 kiloqram çəki dərəcəsində (Afaq Sultanova) qadınlar mübarizə aparacaqlar.

Bu gün atletlərin 200 metrlik məsafəyə qaçışı, hündürlüyə tullanma (Oleq Panyutin, Vladimir Zayats) və 400 metrlik məsafəyə final qaçışı (Rza Osmanov) var.

Xəbər lenti

Xəbər lenti