...

İspaniyada Ömər Xəyyamın heykəli qoyulacaq

Cəmiyyət Materials 7 Aprel 2011 14:50 (UTC +04:00)
İspaniyanın Komplutense Universitetində (Complutense University of Madrid) dahi şair, riyaziyyatçı, astronom və filosof Ömər Xəyyamın heykəli qoyulacaq. Bu barədə Trend İranın İQNA agentliyinə istinadən məlumat verir.
İspaniyada Ömər Xəyyamın heykəli qoyulacaq

İspaniyanın Komplutense Universitetində (Complutense University of Madrid) dahi şair, riyaziyyatçı, astronom və filosof Ömər Xəyyamın heykəli qoyulacaq. Bu barədə Trend İranın İQNA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Ömər Xəyyamın heykəli may ayının 18-də Komplutense Universitetində qoyulacaq. Mayın 18-i İranda Ömər Xəyyam günü kimi qeyd olunur. Həmin gün dahi şairin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir.

Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (Ömər Xəyyam) İranın Xorasan vilayətinin Nişapur şəhərində anadan olub. Şərqdə və Qərbdə özünün müdriklik, yumor və satira dolu rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyub və böyük uğur əldə edib.

Ömər Xəyyamın rübailəri Azərbaycan dilində də nəşr olunub.

Xəbər lenti

Xəbər lenti