...

"Qəbələ" futbol klubu növbəti çempionatda böyük uğurlar qazanmağa iddialıdır - Toni Adams

Cəmiyyət Materials 13 Aprel 2011 14:19 (UTC +04:00)
"Qəbələ" futbol klubu növbəti çempionatda böyük uğurlar qazanmağa iddialıdır. Bunu çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında "Qəbələ" peşəkar futbol klubunun ingilis baş məşqçisi Toni Adams bildirib.
"Qəbələ" futbol klubu növbəti çempionatda böyük uğurlar qazanmağa iddialıdır - Toni Adams

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir T.Hacıyev/

"Qəbələ" futbol klubu növbəti çempionatda böyük uğurlar qazanmağa iddialıdır. Bunu çərşənbə günü Trend Beynəlxalq İnformasiya Agentliyində keçirdiyi mətbuat konfransında "Qəbələ" peşəkar futbol klubunun ingilis baş məşqçisi Toni Adams bildirib.

"İlk vaxtlar biz əsasən klubun formalaşması və dirçəlməsi istiqamətində fəaliyyət göstərirdik. Növbəti çempionatdan etibarən isə qarşımıza konkret məqsədlər qoymuşuq. Klub kifayət qədər inkişaf edib. Bundan sonra konkret uğurlar barədə düşünmək lazımdır", - Adams deyib.

Baş məşqçi "Qəbələ" klubundakı gənc futbolçulardan da söz açıb.

"Biz gənc futbolçulara şans verməyi düşünürük. Klubun əvəzedici heyətində kifayət qədər güclü oyunçular var, lakin onlar gənc olduğundan, Premyer Liqada oynamağa fiziki və psixoloji cəhətdən hazır deyillər. Bir müddət sonra həmin futbolçular əsas heyətdə oynayacaqlar", - mütəxəssis qeyd edib.

Komandanın növbəti çempionat üçün nəzərdə tutlan büdcəsindən danışarkən Adams bildirib ki, "Qəbələ" növbəti mövsümdə öz büdcəsinin həcminə görə ölkənin ilk dörd və ya beş klubundan biri olacaq.

Xəbər lenti

Xəbər lenti