...

Azərbaycanda bir neçə rayon sosial müdafiə mərkəzlərinin direktorları vəzifələrindən kənarlaşdırılıb

Cəmiyyət Materials 14 Aprel 2011 18:27 (UTC +04:00)
Azərbaycanda vətəndaşlara xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara görə Quba, Yardımlı və Xızı rayonlarının Əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları və 11 nəfər məsul əməkdaşı vəzifələrindən azad edilib.
Azərbaycanda bir neçə rayon sosial müdafiə mərkəzlərinin direktorları vəzifələrindən kənarlaşdırılıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda vətəndaşlara xidmət sahəsində yol verdikləri ciddi nöqsanlara görə Quba, Yardımlı və Xızı rayonlarının Əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları və 11 nəfər məsul əməkdaşı vəzifələrindən azad edilib. Trend-in məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Vəzifələrinin icrasındakı nöqsanlara görə həmçinin Kürdəmir, Sabirabad, Zərdab, Biləsuvar, Ağcabədi rayonlarının mərkəz direktorları müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 15 nəfərə isə töhmət verilib.

Bununla yanaşı, 6 zona üzrə Tibbi-sosial ekspert komissiyalarının sədrləri müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 8 nəfər həkim-ekspertə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Son 3 ay ərzində ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlilliyin müəyyən edilməsi ilə əlaqədar 800-dən çox ərizə birbaşa nazirliyin əməkdaşları tərəfindən, 55 ərizə isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının əməkdaşları ilə araşdırılıb və müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti