...

Yaponiyada radiasiya probleminin tam həllinin planı açıqlanıb

Cəmiyyət Materials 17 Aprel 2011 15:26 (UTC +04:00)
Yaponiyanın şimalında qəzalı vəziyyətdə olan "Fukusima 1" Atom Elektrik Stansiyasının operatoru olan şirkət böhran vəziyyətinin altı-doqquz ay ərzində tam nəzarət altına alınması üzrə planı açıqlayıb
Yaponiyada radiasiya probleminin tam həllinin planı açıqlanıb

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Yaponiyanın şimalında qəzalı vəziyyətdə olan "Fukusima 1" Atom Elektrik Stansiyasının operatoru olan şirkət böhran vəziyyətinin altı-doqquz ay ərzində tam nəzarət altına alınması üzrə planı açıqlayıb.

Trend-in xarici KİV-lərə istinadən yaydığı məlumata görə, TEPKO şirkətinin sədri keçirdiyi mətbuat konfransında bildirib ki, radiasiya sızması ilə əlaqədar yaranmış böhranın həlli və AES ətrafındakı ərazilərdən evakuasiya olunmuş sakinlərin evlərinə geri qayıtmasına imkan verəcək mərhələli yol xəritəsi hazırlanıb.

Şirkət planda nəzərdə tutulan ilk üç ayda radiasiya sızmasının səviyyəsini tədricən azaltmağa ümid edir. Üçüncü aydan altıncı ayadək isə radioaktiv sızıntının tam nəzarət altına alınması nəzərdə tutulub.

Şirkət planın icra olunacağı müddət ərzində reaktorların və yanacaq hovuzlarının soyutma sisteminin bərpası, radioaktiv tərkiblə çirklənmiş suyun təmizlənməsinə, atmosfer, yer və evakuasiya zonasına sızan radiasiyanın səviyyəsinin azaldılacağına ümid bəsləyir.

Xəbər lenti

Xəbər lenti