...

Azərbaycan erməni plagiatçılığının ifşa olunması üçün müvafiq sənədləri beynəlxalq təşkilatlara göndərib

Cəmiyyət Materials 22 Aprel 2011 12:20 (UTC +04:00)
Ermənilər Azərbaycanın atalar sözlərini, musiqilərini, milli mətbəxini, xalçalarını və Azərbaycan xalqına məxsus digər əqli mülkiyyət obyektlərini mənimsəyiblər. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov deyib.
Azərbaycan erməni plagiatçılığının ifşa olunması üçün müvafiq sənədləri beynəlxalq təşkilatlara göndərib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Hacıyev/

Ermənilər Azərbaycanın atalar sözlərini, musiqilərini, milli mətbəxini, xalçalarını və Azərbaycan xalqına məxsus digər əqli mülkiyyət obyektlərini mənimsəyiblər. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov deyib.

"Son zamanlar ermənilər iddia edirlər ki, "Kitabi Dədə-Qorqud"un bir neçə boyu onlara məxsusdur, ermənilər tərəfindən yazılıb. Bundan əlavə, onlar Bakının salınmasını da öz adlarına çıxırlar və iddia edirlər ki, şəhərin salınmasında onların böyük əməkləri olub. Erməni plagiatçılığının ifşa olunması üçün kitablar yazılıb və müvafiq beynəlxalq təşkilatlara göndərilib", - İmanov deyib.

Agentlik rəhbəri bildirib ki, Azərbaycanda müəllif hüququnun obyekti kimi 8200-ə yaxın əsər qeydiyyatdan keçib. Bunlar kompyuter proqramları, musiqi və elm əsərləridir. Qeydiyyatdan keçən əsər dövlət tərəfindən dəstək alır və müəlliflik hüquqlarını dövlət müdafiə edir.

Agentliyə əqli mülkiyyətin qeydiyyata alınması ilə bağlı hər ay 20-yə yaxın müraciət daxil olur.

Xəbər lenti

Xəbər lenti