...

Əflatun Amaşov: Azərbaycanda elektron medianın inkişafı üçün dövlət dəstəyi vacibdir

Cəmiyyət Materials 4 İyul 2011 11:30 (UTC +04:00)
Azərbaycanda elektron medianın inkişafı üçün dövlət dəstəyi vacibdir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Əflatun Amaşov: Azərbaycanda elektron medianın inkişafı üçün dövlət dəstəyi vacibdir

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda elektron medianın inkişafı üçün dövlət dəstəyi vacibdir. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Amaşov bildirib ki, dünyanın bir sıra ölkələrində, həmçinin, Rusiyada internet jurnalistikası dövlət tərəfindən dəstəklənir. Onun sözlərinə görə, hazırda Mətbuat Şurası Azərbaycanda internet jurnalistikasının vəziyyəti, mövcud problemləri və onlardan çıxış yollarını özündə əks etdirən sənəd üzərində işləyir.

MŞ sədri deyib ki, sentyabrda Bakıda internetlə bağlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti