...

İctimai Palatanın icazəsiz aksiyası ilə bağlı həbs edilənlərin məhkəməsi gələn həftə başlayacaq

Cəmiyyət Materials 4 İyul 2011 15:31 (UTC +04:00)
İctimai Palata adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar ittiham olunan 6 nəfərin işi üzrə məhkəmə iyulun 13-də başlayacaq.
İctimai Palatanın icazəsiz aksiyası ilə bağlı həbs edilənlərin məhkəməsi gələn həftə başlayacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir K.Zərbalıyeva/

İctimai Palata adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar ittiham olunan 6 nəfərin işi üzrə məhkəmə iyulun 13-də başlayacaq.

Səbail rayon məhkəməsinin hakimi Elnur Həsənov Trend-ə bu barədə məlumat verib və bildirib ki, hazırlıq iclasında prosesdə mətbuatın iştirakı məsələsinə baxılacaq.

Təqsirləndirilən Sahib Kərimov, Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elşən Həsənov və Elnur İsrafilov barəsindəki cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə cinayət işi başlanıb.

Cinayətin törədilməsində xüsusi fəallığı ilə fərqlənən 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti

Xəbər lenti