...

Dünya Azərbaycanlılarının III Qurultayı diasporun gələcək strategiyasının hazırlanmasına xidmət edəcək - Prezident Administrasiyası

Cəmiyyət Materials 5 İyul 2011 11:25 (UTC +04:00)
"Prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor fəaliyyətinin gələcək mərhələləri üçün strategiyanı müəyyən edəcək", - Aslanov deyib.
Dünya Azərbaycanlılarının III Qurultayı diasporun gələcək strategiyasının hazırlanmasına xidmət edəcək - Prezident Administrasiyası

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir M.Əliyev/

Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan diaspor təşkilatlarının gələcəkdə fəaliyyətinin təkmilləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konkret işlərin görülməsi üçün müəyyən strategiyanın hazırlanmasına xidmət edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

"Prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor fəaliyyətinin gələcək mərhələləri üçün strategiyanı müəyyən edəcək", - Aslanov deyib.

Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycan diasporu təşkilatlanma mərhələsini çox uğurla keçib.

"Bu gün Azərbaycan diasporu vahid bir mərkəzdən çıxış edə bilən, konkret əməllərlə bir çox ölkələrdə fəaliyyət göstərən bir quruma çevrilib", - PA-nın şöbə müdiri qeyd edib.

Xəbər lenti

Xəbər lenti