...

Bəzi turizm obyektləri sənədləri düzgün olmadığı üçün lisenziya ala bilmir - nazirlik

Cəmiyyət Materials 5 İyul 2011 16:34 (UTC +04:00)
Azərbaycanda bəzi turizm obyektləri sənədləri düzgün olmadığı üçün lisenziya ala bilmir.
Bəzi turizm obyektləri sənədləri düzgün olmadığı üçün lisenziya ala bilmir - nazirlik

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bəzi turizm obyektləri sənədləri düzgün olmadığı üçün lisenziya ala bilmir. Bunu Trend-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

"Əgər bir turizm obyektinin hansısa sənədi yoxdursa, demək, onun nə isə nöqsanı var. Ona görə də həmin obyektlər lisenziya ala bilmirlər. Bəzi obyektlərə isə ümumiyyətlə lisenziya verməkdən imtina edirik. Çünki onların obyektləri müasir tələblərə cavab vermir. Biz artıq 21-ci əsrdə yaşayırıq. İki balaca otaq tikib buna hotel deyirlərsə, biz onu hotel saymırıq. Belə bir yerləşdirmə obyektinə hansısa bir lisenziya verilmir", - İsmiyev bildirib.

O əlavə edib ki, hazırda Azərbaycanda 210-a yaxın turizm şirkəti var.

İsmiyev son iki ildə ölkədəki turizm şirkətlərinin sayında elə də ciddi dəyişikliyin olmadığını söyləyib.

Xəbər lenti

Xəbər lenti