...

Aİ Avropa Qonşuluq Siyasəti ölkələrində təhsil layihələri üçün 47 milyon avro ayırır

Cəmiyyət Materials 5 İyul 2011 17:34 (UTC +04:00)
Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti ölkələrində və Rusiyada "Tempus" proqramı çərçivəsində ali təhsil sahəsində layihələrin dəstəklənməsinə 47 milyon avronun ayrılması ilə bağlı qərarını elan edib.
Aİ Avropa Qonşuluq Siyasəti ölkələrində təhsil layihələri üçün 47 milyon avro ayırır

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir Y.Ostapenko/

Çərşənbə axşamı Avropa Komissiyası Avropa Qonşuluq Siyasəti ölkələrində və Rusiyada "Tempus" proqramı çərçivəsində ali təhsil sahəsində layihələrin dəstəklənməsinə 47 milyon avronun ayrılması ilə bağlı qərarını elan edib. Trend-in məlumatına görə, bu barədə Aİ-nin məlumatında deyilir.

Yeni maliyyələşdirmə tərdisin metodikasını və keyfiyyətini, tədris vəsaitlərini yaxşılaşdıracaq, eləcə də Aİ-nin tərəfdaş ölkələrində ali təhsil müəssisələrinə nəzarəti və idarəetmənin keyfiyyətini artıracaq.

Avropa Komissiyasının qərarı Avropa İttifaqının və Qonşuluq ölkələrinin ali məktəblərinin birgə layihələrini genişləndirməyə də imkan verəcək. "Tempus" proqramı çərçivəsində ayrılan pullar tədris planının modernləşdirilməsinə, Qonşuluq ölkələrinin ali və orta təhsil müəssisələrində tədrisin metodu və idarəetmə sisteminə yönələn təxminən 60 çoxtərəfli tərəfdaş sazişləri üçün nəzərdə tutulub.

Ötən illə müqayisədə Avropa İttifaqı tərəfindən Qonşuluq ölkələrində təhsil sahəsinin maliyyələşdirilməsi təxminən 17 milyon avro artıb.

"İnvestisiya qoyuluşu və insan potensialı Avropa Qonşuluq Siyasətinin əsas məqsədidir, - genişləndirmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Füle deyib. - Aİ və Qonşuluq ölkələrinin ali təhsil müəssisələrinin səmərəli əməkdaşlığı təcrübə və ideyaların mübadiləsinə xidmət edir".

"Bu proqramın maliyyələşdirilməsinin xeyli artması Avropa İttifaqının bu regionda ali təhsilin dəstəklənməsinə sadiqliyini sübut edir", - o əlavə edib.

Avropa İttifaqının maliyyələşdirdiyi "Tempus" proqramı tələbələrin öyrənməsi üçün yeni imkanlar mexanizmi və müəllimlər üçün karyera artımı təqdim edir. Proqram 1990-cı ildən fəaliyyət göstərir və indi dördüncü fazadadır (2007-2013-cü illər)

Avropa Qonşuluq Siyasəti ölkələrindən biri kimi, Azərbaycan "Tempus" proqramına 1995-ci ildə qoşulub. Proqramın sonuncu "Tempus IV" mərhələsi Azərbaycanda 2008-2013-cü illəri əhatə edir.

Xəbər lenti

Xəbər lenti