...

Azərbaycanda mediada dil faktoru müzakirə olunacaq

Cəmiyyət Materials 6 İyul 2011 16:07 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasında (MŞ) "Mediada dil faktoru" mövzusunda "dəyirmi masa" keçiriləcək.
Azərbaycanda mediada dil faktoru müzakirə olunacaq

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mətbuat Şurasında (MŞ) "Mediada dil faktoru" mövzusunda "dəyirmi masa" keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Mətbuat Şurasından bildirilib.

Şuranın Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi "Azərbaycan mediasında dil xüsusiyyətləri" layihəsi çərçivəsində baş tutacaq toplantı iyulun 14-də təşkil olunacaq.

Tədbirdə MŞ-nin sözügedən layihə çərçivəsində apardığı monitorinqin ilkin nəticələri açıqlanacaq, mediada ədəbi dilin pozulmasının təzahür formaları ətrafında fikir mübadiləsi aparılacaq, mövcud sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunacaq.

Bu ilin mayından həyata keçirilən layihənin müddəti 4 aydır. Bu vaxt ərzində monitorinqlə yanaşı, mediada Azərbaycan ədəbi dilindən istifadənin vəziyyətinə dair daha bir "dəyirmi masa"nın və ümumrespublika konfransının təşkili nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti