...

Azərbaycan 80 əlili müalicə üçün Ukraynaya göndərəcək

Cəmiyyət Materials 7 İyul 2011 10:36 (UTC +04:00)
Bu ilin iyul-avqust aylarında 80 nəfər azərbaycanlı əlil Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün İxtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçəcəklər.
Azərbaycan 80 əlili müalicə üçün Ukraynaya göndərəcək

Azərbaycan, Bakı, 7 iyul / Trend

Bu ilin iyul-avqust aylarında 80 nəfər azərbaycanlı əlil Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün İxtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçəcəklər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, əlillərdən 40 nəfəri iyulun 7-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakı-Simferapol təyyarə reysi ilə yola salınıb. Qalanları isə növbəti ayın əvvəllərində yola düşəcəklər.

Ukraynanın Saki şəhərindəki N.Burdenko adına ixtisaslaşmış müalicə mərkəzi səmərəli fizeoterapevtik müalicə üsulları ilə məşhur olan sanator müəssisəsidir. İi ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Həmin müəssisədə aparılan müalicə kursu əlillərin səhhətində ciddi yaxşılaşma yaradır.

Hər il olduğu kimi, bu il də müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır. Əlillərin adıgedən mərkəzdə yerləşməsi və müalicəsi işinə nəzarət etmək üçün nazirliyin əməkdaşları Ukraynaya ezam olunub.

Xəbər lenti

Xəbər lenti