...

Azərbaycanın peşə təhsili müəssisələrinə qəbul planı açıqlanıb

Cəmiyyət Materials 7 İyul 2011 13:54 (UTC +04:00)
2011-2012-ci tədris ili üzrə Azərbaycanın peşə təhsili müəssisələrinə şagird qəbulu üçün təxminən 16 170 plan yeri ayrılıb.
Azərbaycanın peşə təhsili müəssisələrinə qəbul planı açıqlanıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ili üzrə Azərbaycanın peşə təhsili müəssisələrinə şagird qəbulu üçün təxminən 16 170 plan yeri ayrılıb. Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bildirib ki, qəbul planında 14 190 yer ödənişsiz, 1980 yer ödənişli əsaslarla təhsil üçün nəzərdə tutulub.

O, ötən illə müqayisədə bu il peşə təhsili müəssisələrinə qəbul planının dəyişilmədiyini söyləyib.

Şöbə müdirinin sözlərinə görə, avqustun 1-dən peşə təhsili müəssisələrinə şagird qəbulu başlayacaq. Peşə təhsili müəssisələrinə sənəd qəbulu 1 ay davam edəcək. Sənəd qəbulu bitdikdən sonrakı 10 gün ərzində şagirdlərin qəbulu müsabiqə və müsahibə yolu ilə həyata keçiriləcək.

Məmmədov bildirib ki, hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, qalanları isəpeşə məktəbidir. Respublikanın peşə təhsili müəssisələrində 101 peşə üzrə 23 mindən çox şagird təhsil alır .

Peşə liseylərində şagirdlərə orta təhsillə yanaşı, peşə təhsili də verilir. Peşə liseylərində ümumtəhsil fənləri ilə yanaşı, nəzəri təlim fənləri də tədris edilir.

Peşə məktəblərində isə yalnız peşə təhsili verilir. Peşə məktəbində ədəbiyyat, fizika, kimya, riyaziyyat fənləri tədris edilmir.

Xəbər lenti

Xəbər lenti