...

Azərbaycanda vərəmlə bağlı analizlərin cavablarını bir neçə saat ərzində öyrənmək mümkün olacaq

Cəmiyyət Materials 7 İyul 2011 14:08 (UTC +04:00)
Yeni üsulların tətbiqi nəticəsində Azərbaycanda vərəmlə bağlı analizlərin cavablarını bir neçə saat ərzində öyrənmək mümkün olacaq.
Azərbaycanda vərəmlə bağlı analizlərin cavablarını bir neçə saat ərzində öyrənmək mümkün olacaq

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İ.İsabalayeva/

Yeni üsulların tətbiqi nəticəsində Azərbaycanda vərəmlə bağlı analizlərin cavablarını bir neçə saat ərzində öyrənmək mümkün olacaq. Bunu Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə koordinatoru Cəvahir Süleymanova deyib.

O bildirib ki, hazırda bununla bağlı işlər aparılır.

Süleymanovanın sözlərinə görə, İnnovativ Yeni Diaqnostika Fondu və Azərbaycan Səhiyyə Nazirliyi arasında imzalanmış anlaşma memorandumu çərçivəsində çoxsaylı dərman vasitələrinə müqavimətli vərəm riski olan xəstələr üçün diaqnostika imkanları genişləndiriləcək və sürətləndiriləcək. 2011-2012-ci illər ərzində layihə çərçivəsində Səhiyyə Nazirliyinə çoxsaylı dərman vasitələrinə müqavimətli vərəm reagentləri, diaqnostika avadanlığı və təchizat vasitələri əvəzsiz olaraq, yəni pulsuz veriləcək. Bununla yanaşı, müvafiq zəruri texniki və logistik dəstək də göstəriləcək. Bu layihə İnnovativ Yeni Diaqnostika Fondu (İYDF), Qlobal Laboratoriya Şəbəkəsi (QLŞ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən irəli sürülən, İYDF adından fəaliyyət göstərən Stop TB Tərəfdaşlığının (STT) Qlobal Dərman Mexanizmi (QDM) ilə birlikdə maliyyələşdirilir.

Süleymanova deyib ki, yeni üsullarla müayinələr Bakıdakı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda bir necə il əvvəl fəaliyyətə başlamış vərəm üzrə Milli Referens Laboratoriyasında aparılacaq.
İşin gedişinə dəstək məqsədilə bu yaxınlarda layihə çərçivəsində ÜST ekspertlərinin Azərbaycana səfəri də olub.

Xəbər lenti

Xəbər lenti