...

Mətbuat Şurasında İstanbul Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 8 İyul 2011 13:52 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin İstanbul Universitetinin jurnalistika fakültəsinin ölkəmizdə səfərdə olan professor-müəllim heyəti ilə görüş keçirilib.
Mətbuat Şurasında İstanbul Universitetinin professor-müəllim heyəti ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin İstanbul Universitetinin jurnalistika fakültəsinin ölkəmizdə səfərdə olan professor-müəllim heyəti ilə görüş keçirilib. Bu barədə cümə günü Trend-ə MŞ-nin mətbuat xidmətindən məlumat verilib.

Qonaqları salamlayan Şura sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Şuranın başlıca missiyasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarət olduğunu deyən Amaşov, təşkilatın jurnalist kadrlarının hazırlığı ilə bağlı məsələlərə böyük önəm verdiyini vurğulayıb.

"Bu məqsədlə təklif və təşəbbüslərimiz olub. İndi çalışırıq ki, ali məktəblərin jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanlarının tətbiqinə nail olaq. Hesab edirik ki, bu, peşəyə həqiqi mənada həvəsi olanların, maraq göstərənlərin müəyyənləşdirilməsi baxımdan əhəmiyyətli olacaq", - o bildirib.

İstanbul Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aydemir Akay təmsil olunduğu təhsil müəssisəsində jurnalistikanın tədrisinin spesifik xüsusiyyətlərindən söhbət açıb. O bildirib ki, Türkiyədə ümumən mediaya maraq güclü olduğundan gənclərin fakültəyə axını yüksəkdir. Bu isə onlar arasında rəqabət mühitini daha da gücləndirir. Türkiyə mediasının xarakterik cəhətlərindən söz açan Akay, bəzi problem və çatışmazlıqların mövcudluğunu və onların aradan qaldırılması istiqamətində intensiv işlərin getdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti