...

Azərbaycan diasporu İsveç hökumətində və parlamentində təmsil olunmaq niyyətindədir

Cəmiyyət Materials 11 İyul 2011 15:46 (UTC +04:00)
Azərbaycan diasporu İsveç hökumətində və parlamentində təmsil olunmaq niyyətindədir. Bu barədə Trend-ə İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin bildirib.
Azərbaycan diasporu İsveç hökumətində və parlamentində təmsil olunmaq niyyətindədir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan diasporu İsveç hökumətində və parlamentində təmsil olunmaq niyyətindədir. Bu barədə Trend-ə İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevigin bildirib.

Onun sözlərinə görə, Azərbaycan diasporu hazırda bələdiyyələrdə təmsil olunur.

"Parlamentdə təmsil olunmaq bizim qarşımızda duran ən mühüm məqsədlərdən biridir. Əgər bizim parlamentdə, heç olmasa, bir nümayəndəmiz olsa, həmin nümayəndə bizim gördüyümüz işləri daha yüksək səviyyədə görə bilər", - o əlavə edib.

Sevigin qeyd edib ki, hazırda bu məqsədin həyata keçirilməsi üçün gənclər üzərində iş aparılır.

"Daha çox gənclərə yol açmağa çalışırıq. İsveçdə doğulub boya-başa çatmış, orada təhsil almış və İsveçin siyasi həyatından daha çox xəbərdar olan gənclərimiz var. Onların bu işdə şansı daha çoxdur. Ona görə də növbəti seçkilərdə həmin gənclərin namizədliklərini irəli sürmək niyyətindəyik", - o bildirib.

Seviginin sözlərinə görə, diasporun aparıcı siyasi partiyalarda fəaliyyət göstərən nümayəndələri var.

Xəbər lenti

Xəbər lenti