...

Şirvanda bir gündə dörd zəlzələ olub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 13 İyul 2011 10:31 (UTC +04:00)
Azərbaycanın Şirvan şəhərində çərşənbə axşamı növbəti zəlzələ qeydə alınıb.
Şirvanda bir gündə dörd zəlzələ olub (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: Dördüncü abzasdan sonrakı hissə əlavə olunub

(İlk xəbər iyulun 12-də saat 12:20-də yayılıb.)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Azərbaycanın Şirvan şəhərində çərşənbə axşamı növbəti zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, birinci zəlzələ yerli vaxtla saat 06:19-da Şirvan şəhərindən 30 km şimalda qeydə alınıb. Zəlzələ 3,8 bal gücündə 16 km dərinlikdə olub və hiss olunmayıb.

İkinci zəlzələ isə 11:42-də Şirvan şəhərindən 33 km şimalda baş verib. Zəlzələ 3,6 bal gücündə 3 km dərinlikdə olub və hiss olunmayıb.

Növbəti zəlzələ saat 18:40-da Şirvan şəhərindən 30 km şimalda qeydə alınıb. Zəlzələ 4.20 bal gücündə, 4 km dərinlikdə baş verib.

Daha bir zəlzələ yerli vaxtla saat 18:47-də Şirvan şəhərindən 38 km şimalda qeydə alınıb. Zəlzələ 3.10 bal gücündə 28 km dərinlikdə baş verib. Zəlzələ hiss olunmayıb.

Xəbər lenti

Xəbər lenti