...

Bakıda ağır yol qəzalarından görüntülər (VİDEO)

Cəmiyyət Materials 12 İyul 2011 12:42 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin ilk 5 ayında Bakıda 579 yol qəzası nəticəsində 108 nəfər ölüb, 659 nəfər xəsarət alıb.
Bakıda ağır yol qəzalarından görüntülər (VİDEO)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qeydə alınan yol qəzalarının yarıdan çoxu avtomobillərin yüksək sürətlə idarə olunması səbəbindən baş verib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin ilk 5 ayında Bakıda 579 yol qəzası nəticəsində 108 nəfər ölüb, 659 nəfər xəsarət alıb.

İkinci sırada piyadaların vurulması durur. Bu ilin 5 ayında Bakıda baş verən qəzaların 49,8 faizi piyadaların vurulmsı olub.

Qəzaların 24 faizi yolayrıcını keçmə qaydalarının pozulması, 21 faizi qoşa xətti keçərək əks istiqamətdəki yol zolağına çıxma səbəbindən baş verib.

Qəzalar daha çox paytaxtın Nobel, Babək, Heydər Əliyev, Tbilisi prospektlərində qeydə alınıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarından yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti