...

Bakıda Ukraynanın turizm potensialı təqdim edilib

Cəmiyyət Materials 12 İyul 2011 19:16 (UTC +04:00)
Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanın Turizm Assosiasiyası ilə birgə çərşənbə axşamı Bakıda Ukraynanın sanatoriya-kurort və turizm potensialının təqdimatını təşkil edib.
Bakıda Ukraynanın turizm potensialı təqdim edilib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir M.Əliyev/

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanın Turizm Assosiasiyası ilə birgə çərşənbə axşamı Bakıda Ukraynanın sanatoriya-kurort və turizm potensialının təqdimatını təşkil edib.

Bu gün beynəlxalq turizmin iqtisadiyyatın nisbətən daha gəlirli sahələrindən biri kimi mövcudluğunu beynəlxalq əməkdaşlıq olmadan təsəvvür etmək mümkün deyil. Trend-in məlumatına görə, bu barədə tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

Tədbirdə qeyd olunub ki, tərəfdaşlığın bilavasitə dərinləşdirilməsi Ukraynanın ÜTT-də üzvlüyü çərçivəsində ən perspektivlidir. Çıxış edənlərin sözlərinə görə, məhz əməkdaşlıq dünya bazarında Ukraynanın milli turizm məhsulunun irəliləməsini təmin edir, onun dünya informasiya məkanına cəlb edilməsinə, turizm fəaliyyətinin təşkilində qabaqcıl təcrdübənin əldə olunmasına yardım edir.

Tədbirdə "Karpatı" sanatoriyasının, "Riksos-Prikarpatye" kompleksinin, "Dnepr-Beskid" sanatoriya-hotel kompleksinin, eləcə də Truskavets, Lvov, Kiyev və digər yerlərdəki hotellərin təqdimatı keçirilib.

Xəbər lenti

Xəbər lenti