...

Türkiyənin "Beşiktaş" futbol klubunun vitse-prezidenti və məşqçisinin işi məhkəməyə verilib

Cəmiyyət Materials 13 İyul 2011 13:23 (UTC +04:00)
Bu gün Türkiyənin "Beşiktaş" futbol klubunun vitse-prezidenti Serdal Adalının və komandanın məşqçisi Tayfur Havutçunun işi baxılmaq üçün məhkəməyə verilib.
Türkiyənin "Beşiktaş" futbol klubunun vitse-prezidenti və məşqçisinin işi məhkəməyə verilib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyənin "Beşiktaş" futbol klubunun vitse-prezidenti Serdal Adalının və komandanın məşqçisi Tayfur Havutçunun işi baxılmaq üçün məhkəməyə verilib. Trend-in məlumatına görə, bu barədə CNN Turk xəbər verir.

Onlarla yanaşı məhkəməyə Türkiyə Futbol Federasiyasının rəhbəri Levent Kızıl və futbolçular İbrahim Akın və İsgəndər Alının işləri də verilib.

Ötən bazar günü razılaşdırılmış oyunların təşkili ilə bağlı iş üzrə saxlanılan Türkiyənin "Fənərbağça" futbol klubunun prezidenti Əziz Yıldırım elə həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Polis əməliyyatı ötən bazar səhər tezdən eyni vaxtda Türkiyənin 12 vilayətində, eləcə də İstanbulda və Ankarada aparılıb.

Türk telekanallarının məlumatına görə, "Fənərbağça"nın prezidenti 2010-2011-ci il mövsümündə İstanbul klubu ilə "Əskişəhərspor" komandası arasında keçirilən və "Fənərbağça"nın 3:1 hesabı ilə qalib gəldiyi razılaşdırılmış oyunla bağlı işin araşdırılması çərçivəsində saxlanılıb.

Türkiyə KİV saxlanılanların sayının yaxın vaxtlarda arta biləcəyini istisna etmir. Hətta rəqəmlər açıqlanır - 150 nəfər. Lakin rəsmi mənbələr hələlik bu məlumatı təsdiqləmir.

Bu, türk polisinin futbolda korrupsiyaya qarşı həyata keçirdiyi ikinci iri əməliyyatdır. "Hürriyyət" qəzetinin internet saytı xatırladır ki, 2010-cu ilin mart-aprelində aralarında Türkiyənin məşhur məşqçilərinin və futbolçularının olduqları 55 nəfər gözaltına alınmışdı.

Xəbər lenti

Xəbər lenti