...

TQDK sədri magistraturaya daxil olan bakalavrlara xəbərdarlıq edir

Cəmiyyət Materials 15 İyul 2011 12:47 (UTC +04:00)
Azərbaycanın ali məktəblərinin magistraturasına qəbul olunan bakalavrların daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməsi üçün təyin edilən tarix bu gün başa çatır.
TQDK sədri magistraturaya daxil olan bakalavrlara xəbərdarlıq edir

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın ali məktəblərinin magistraturasına qəbul olunan bakalavrların daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməsi üçün təyin edilən tarix bu gün başa çatır.

Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, indiyədək 646 bakalavr hələ də daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməyiblər.

"Məsələn, Bakı Dövlət Universitetinin magistraturasına daxil olan bakalavrların 91 faizi qeydiyyatdan keçib, amma 56 nəfər hələ də sənədlərini təsdiqləməyib. Bilmirik, onlar tərəddüd edirlər, yoxsa başqa nə isə fikirləşirlər. Əgər bakalavrlar sənədlərini bu gün də təsdiqləməsələr, biz onların daxil olduqları yerlərə yenidən qəbulun aparılması üçün elan verəcəyik. Sonra kimsə bizə müraciət edərək deməsin ki, bu yerləri niyə kiməsə verirsiniz. Biz bu yerləri heç kimə vermirik, ictimaiyyətə təqdim edirik", - Abbaszadə bildirib.

Xəbər lenti

Xəbər lenti