...

TQDK sədri qızıl və gümüş medal alan məzunların qəbul imtahanlarında göstərdiyi nəticələri açıqlayıb

Cəmiyyət Materials 15 İyul 2011 13:16 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə (TQDK) Azərbaycanda qızıl və gümüş medal alan məzunların ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında göstərdiyi nəticəni yüksək qiymətləndirib.
TQDK sədri qızıl və gümüş medal alan məzunların qəbul imtahanlarında göstərdiyi nəticələri açıqlayıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə (TQDK) Azərbaycanda qızıl və gümüş medal alan məzunların ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında göstərdiyi nəticəni yüksək qiymətləndirib.

Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il I ixtisas qrupu üzrə 8 qızıl və 3 gümüş medal alan məzun sənəd verib. Həmin 11 nəfərin imtahanda göstərdiyi nəticələr arasında ən minimal nəticə 599, maksimal nəticə 690 baldır.

Ali və orta ixtisas məktəblərinə III ixtisas qrupu qızıl medal alan 7, gümüş medal alan 3 məzun sənəd verib. Gümüş medal alan məzunlardan 1-i imtahana gəlməyib. Qalan məzunlar arasında ən minimal balı gümüş medal alan məzun toplayıb. Onun imtahanda göstərdiyi nəticə 492 bal olub. Ən maksimal bal isə 670 bal olub.

Abbaszadə deyib ki, gümüş medal alan bir məzun ümumiyyətlə, ali məktəbə qəbul olmaq üçün sənəd verməyib.

IV ixtisas qrupunda isə 10 qızıl, 4 gümüş medal alan məzun iştirak edəcək.

Daha çox isə II qrupda qızıl və gümüş medal alan məzunların iştirakı gözlənilir. Bu qrupda 12 nəfər qızıl, 5 nəfər gümüş medal alan məzun iştirak edəcək.

"Qızıl və gümüş medal alan məzunların yüksək nəticə göstərməsi bizi sevindirir. Amma bu, bir növ vitrindir. Vitrində hər şey yaxşıdır. Biz bunu görürük və hesab edirik ki, bu medalların namizədləri çox gözəl seçilib. Amma biz bunu da görürük ki, 0-100 bal arasında nəticə toplayan məzunlar da var. I qrupda 5506 nəfər 0-100 bal toplayıb. Bu rəqəmlər olmamalıdır. Bu il yalnız 36 nəfər qızıl və gümüş medal alıb, amma 100 min məzun məktəbi bitirib", - Abbaszadə bildirib.

Xəbər lenti

Xəbər lenti