...

Qobustan həbsxanasının korrupsiyada ittiham olunan əməkdaşlarının işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 15 İyul 2011 18:00 (UTC +04:00)
Qobustan həbsxanasının korrupsiyada ittiham olunan əməkdaşlarının işi məhkəməyə göndərilib.
Qobustan həbsxanasının korrupsiyada ittiham olunan əməkdaşlarının işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Qobustan həbsxanasının korrupsiyada ittiham olunan əməkdaşlarının işi məhkəməyə göndərilib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, həbsxananın təsərrüfat şöbəsinin rəis müavini Mütəllim Rzayev və yeməkxananın rəhbəri Səfər Yarıyev Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.2.1 və 179.2.3-cü) maddələri ilə ittiham olunurlar.

Əliyev deyib ki, cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilib.

Həbsxana əməkdaşları məhkumlar üçün ayrılmış ərzaq məhsullarının mənimsənilməsində ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti