...

IV qrup üzrə keçirilən qəbul imtahanına 700-ə yaxın abituriyent gəlməyib

Cəmiyyət Materials 18 İyul 2011 10:43 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 14 619 abituriyentdən 689 nəfəri imtahana gəlməyib.
IV qrup üzrə keçirilən qəbul imtahanına 700-ə yaxın abituriyent gəlməyib

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 14 619 abituriyentdən 689 nəfəri imtahana gəlməyib.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, abituriyentlərdən 29 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün imtahandan xaric olunub.

İmtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada keçirilib.

Hazırda TQDK-da cavab kartlarının emalı aparılır. İmtahanda istifadə olunmuş sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də balların hesablanması proqramı artıq TQDK-nın internet saytında yerləşdirilib.

Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək. Nəticələrin bu gün açıqlanması nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə biləcəklər.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti - sonuncu qəbul imtahanı II qrup üzrə iyulun 22-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti