...

Sabah Bakıda hava buludlu olacaq

Cəmiyyət Materials 18 İyul 2011 12:19 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında sabah hava buludlu olacaq.
Sabah Bakıda hava buludlu olacaq

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir T.Hacıyev/

Bakıda və Abşeron yarımadasında sabah hava buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 33-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və bəzi saatlarda durğun hava fonunda yüksək temperatur güclü isti diskomfort şərait yaratmaqla meteohəssas insanlar üçün əlverişsizdir.

Ekologiya Nazirliyi günün qızmar vaxtı uzun müddət açıq havada qalmağı məsləhət görmür.

Xəbər lenti

Xəbər lenti