...

Azərbaycanda ali məktəblərə IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 18 İyul 2011 17:59 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanının nəticələri açıqlanıb.
Azərbaycanda ali məktəblərə IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

5-ci abzasdan sonra ixtisas seçiminin şərtləri əlavə olunub (ilk xəbər saat 17:47-də yayılıb)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 16-da 2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanının nəticələri açıqlanıb. Komissiyanın mətbuat xidmətindən Trend-ə bildirilib ki, imtahan nəticələri TQDK-nın internet saytında yerləşdirilib.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini 7727 nömrəsinə göndərməklə mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə biləcəklər.

IV qrup üzrə qəbul imtahanında 14 619 abituriyent iştirak etməli olsa da, onların 689 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 29 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün imtahandan xaric olunub.

İmtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada keçirilib.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti - sonuncu qəbul imtahanı II qrup üzrə iyulun 22-də keçiriləcək.

IV qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 200-dən az olmamalıdır (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Bır sıra ixtisasların dövlət sifarişi əsasında ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Həmin ixtisaslar torpaqşünaslıq və aqrokimyaçı, aqronomluq, zootexniklik, balıqçılıq və balıqçılıq təsərrüfatı işi, meşəçilik, əczaçılıq (baytarlıqda) və baytarlıqdır.

Xəbər lenti

Xəbər lenti