...

Türkiyənin aparıcı qəzetlərinin təmsilçiləri Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları ilə görüşüblər (FOTO)

Cəmiyyət Materials 19 İyul 2011 16:14 (UTC +04:00)
Türkiyənin bir sıra aparıcı mətbu orqanları - "Milliyyət", "Hürriyyət", "Radikal", "Zaman", "Todayzaman", "Habertürk" qəzetlərinin təmsilçiləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları ilə görüşüblər.
Türkiyənin aparıcı qəzetlərinin təmsilçiləri Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları ilə görüşüblər (FOTO)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Türkiyənin bir sıra aparıcı mətbu orqanları - "Milliyyət", "Hürriyyət", "Radikal", "Zaman", "Todayzaman", "Habertürk" qəzetlərinin təmsilçiləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) əməkdaşları ilə görüşüblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı SAM-dan bildirilib.

Qonaqlara Mərkəzin fəaliyyəti - nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verilib.

Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən son danışıqlar prosesi, Türkiyədəki son terror aktlarına KİV-in yanaşması, hər iki dövlətdə medianın vəziyyəti, birgə layihələr ətrafında müzakirələr aparılıb. Türkiyə qəzetlərinin təmsilçiləri Azərbaycana səfərlərinin məqsədinin ölkəmizlə bağlı Türkiyə mediasındakı boşluğun aradan qaldırılması, daha çox informasiya mübadiləsi və qarşılıqlı əlaqələrin daha da genişlənməsi olduğunu bildiriblər. Jurnalistlərin qənaətinə görə, Türkiyə və Azərbaycan qardaş dövlət olduğundan, onlar istənilən siyasi proseslərdə bir-birilərinə dəstək olmalı, iki ölkə arasındakı siyasi münasibətlərdə "bir millət iki dövlət" prinsipini önə çəkərək, qarşılıqlı maraqlara zidd ola biləcək addımların atılmasına yol verilməməlidir. Bunun üçün ilkin mənbədən məlumatın alınması, qarşılıqlı təcrübə mübadiləsinin daha intensiv olmasının labüdlüyü vurğulanıb.

Görüşdə regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti