...

IV ixtisas qrupu üzrə müsabiqə vəziyyəti yüksək olacaq - TQDK

Cəmiyyət Materials 20 İyul 2011 11:25 (UTC +04:00)
2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə ixtisas seçiminə buraxılan abituriyentlər üçün müsabiqə vəziyyəti I və III ixtisas qrupu ilə müqayisədə daha yüksək olacaq.
IV ixtisas qrupu üzrə müsabiqə vəziyyəti yüksək olacaq  - TQDK

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə ixtisas seçiminə buraxılan abituriyentlər üçün müsabiqə vəziyyəti I və III ixtisas qrupu ilə müqayisədə daha yüksək olacaq. Bunu çərşənbə günü Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, bu qrupda 700 bal toplayan abituriyent olmayıb. Amma 9 abituriyent 690-dan yuxarı bal toplayıb. Ümumilikdə IV qrup üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 1236 nəfər, 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı isə 450 nəfərdir.

IV ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 16-da keçirilib. Sənəd vermiş 14619 abituriyentdən 691 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 29 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən 4144 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

Azərbaycanda ali və orta ixtisas məktəblərinə növbəti - sonuncu qəbul imtahanı II qrup üzrə iyulun 22-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti