...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda havaların kəskin isti keçməsinin səbəblərini açıqlayıb

Cəmiyyət Materials 20 İyul 2011 12:11 (UTC +04:00)
Hazırda Bakı və Abşeron yarımadasında iki əsas faktor havadakı istilik effektini gücləndirir, nəticədə insanlarda narahatlıq yaranır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda havaların kəskin isti keçməsinin səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Bakı və Abşeron yarımadasında iki əsas faktor havadakı istilik effektini gücləndirir, nəticədə insanlarda narahatlıq yaranır. Bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, hazırda Bakı və Abşeron yarımadasında havada durğunluq var. Eyni zamanda, havanın küləksiz olması və yüksək temperatur fonunda nisbi rütubətin normadan yüksək olması havada istilik effektini kəskinləşdirir.

Tağıyeva Bakı və Abşeron yarımadasında belə hava şəraitinin yaxın 2-3 gün ərzində davam edəcəyini söyləyib. O bildirib ki, yaxın 2-3 gün ərzində əsasən, cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu isə nisbətən 2-3 dərəcə yüksələcək. Yaxın günlərdə Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturunun 39 dərəcə, rayonlarda isə 40-41 dərəcə olacağı gözlənilir.

Respublika ərazisində maksimal temperaturun Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarında müşahidə ediləcəyi gözlənilir.

Tağıyeva bu temperaturların iyul ayı üçün səciyyəvi olduğunu da deyib. Onun sözlərinə görə, bu il hələlik Bakı və Abşeronda havanın temperaturu 40 dərəcəni keçməyib. Bu ərazilərdə ən yüksək temperatur 39 dərəcə olub.

Xəbər lenti

Xəbər lenti