...

Azərbaycan şahmat üzrə dünya çempionatında Rusiya yığmasına qalib gəlib

Cəmiyyət Materials 20 İyul 2011 15:59 (UTC +04:00)
Çərşənbə günü şahmat üzrə Azərbaycan yığması Çinin Ninbo şəhərində komanda dünya çempionatında Rusiya yığmasına qalib gəlib.
Azərbaycan şahmat üzrə dünya çempionatında Rusiya yığmasına qalib gəlib

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Çərşənbə günü şahmat üzrə Azərbaycan yığması Çinin Ninbo şəhərində komanda dünya çempionatında Rusiya yığmasına qalib gəlib.

Azərbaycan yığmasının üzvləri Vüqar Həşimov Aleksandr Qrişuka, Qədir Hüseynov Pyotr Svidlerə qalib gəliblər. Teymur RəcəbovŞəhriyar Məmmədyarov müvafiq olaraq Sergey Karyakin və Yan Nepomnyaşiy ilə heç-heçə oynayıblar.

Dörd turdan sonra Azərbaycan yığması 5 oyunluq və 9,5 fərdi xal toplayaraq çempionatın liderlər üçlüyünə daxildir.

İlk 3 oyunda Azərbaycan yığması Çin ilə heç-heçə oynayıb, Hindistana qalib gəlib, Macarıstana isə uduzub.

Dünya çempionatında Azərbaycandan başqa, Rusiya, Ermənistan, Ukrayna, İsrail, ABŞ, Çin, Macarıstan, Hindistan və Misir iştirak edir.

Xəbər lenti

Xəbər lenti