...

AFFA media nümayəndələrini təbrik edib

Cəmiyyət Materials 21 İyul 2011 16:49 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mərdəkanda yerləşən Futbol Mərkəzində milli mətbuatın yaranmasının 136-cı ildönümü münasibətilə cümə axşamı tədbir keçirilib.
AFFA media nümayəndələrini təbrik edib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mərdəkanda yerləşən Futbol Mərkəzində milli mətbuatın yaranmasının 136-cı ildönümü münasibətilə cümə axşamı tədbir keçirilib.

Trend-in məlumatına görə, Mərkəzdə AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərlə görüşərək onları Milli Mətbuat Günü ilə bağlı Federasiyanın prezidenti Rövnəq Abdullayevin adından təbrik edib.

Məmmədov Azərbaycanda həm böyük futbol, həm çimərlik futbolu, həmdə futzalın inkişafı üçün genişmiqyaslı tədbirlərin görüldüyünü vurğulayıb. O qeyd edib ki, 2012-ci ildə Azərbaycanda 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatı yüksək səviyyədə təşkil olunacaq. Elxan Məmmədov jurnalistlərə AFFA-nın hədiyyələrini təqdim edib.

KİV nümayəndələrinə AFFA Futbol Mərkəzi, "Dalğa Arena"nın süni ot örtüyü və stadionun inzibati binası ilə bağlı ətraflı məlumat verilib.
Müasir standartlara uyğun səviyyədə inşa olunmuş stadionun ot örtüyünə FİFA tərəfindən ən yüksək sertifikat - 2 ulduz verilib. Stadionun paltardəyişmə otaqları, mətbuat konfransı zalı bütün beynəlxalq standartlar səviyyəsində inşa olunub.

Xəbər lenti

Xəbər lenti