...

Mətbuat Şurası qocaman jurnalistləri təbrik edib

Cəmiyyət Materials 21 İyul 2011 17:06 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurası Milli mətbuatın 136 illiyi münasibətilə qocaman jurnalistləri təbrik edib.
Mətbuat Şurası qocaman jurnalistləri təbrik edib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mətbuat Şurası Milli mətbuatın 136 illiyi münasibətilə qocaman jurnalistləri təbrik edib. Trend-in məlumatına görə, bu münasibətlə cümə axşamı Mətbuat Şurasında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O, Azərbaycan mətbuatının tarixinə nəzər salaraq deyib ki, XX əsrin 60-cı illəri Azərbaycan mətbuatının inkişafında mühüm mərhələlərdən biri olub.

"Azərbaycan Milli azadlıq hərəkatının yaranmasında sovet dövründə fəaliyyət göstərən Azərbaycan mətbuatının mühüm rolu olub. Həmin dövrdə mətbuat Azərbaycan dilinin özəlliyini qoruyub saxlamaq üçün böyük səylər göstərirdi", - Amaşov əlavə edib.

O, tədbir iştirakçılarını canlı tarix adlandırıb və qeyd edib ki, Mətbuat Şurası hər zaman qocaman jurnalistlərə qayğı ilə yanaşır.

Sonra əməkdar jurnalist Yusif Kərimov çıxış edib. O, Azərbaycan mətbuatının Sovet İttifaqı illərində əldə etdiyi nailiyyətlərdən söz açıb.

Daha sonra 60-cı illərdə fəaliyyət göstərmiş jurnalistlərə Mətbuat Şurasının hədiyyələri təqdim olunub.

Xəbər lenti

Xəbər lenti